Tərkibi:
3 ədəd yumurta
1,5 su st toz şəkər
1 su st dəmlənmiş qara çay
1 su st duru yağ
2 su st un
1 paket qabartma tozu
1 paket vanil
3 yemək qaşığı kakao
Hazırlanması:
Şəkərlə yumurtanı 1 qabın içində köpük-köpük olana qədər çırpın. Bütün ərzaqları yavaş-yavaş əlavə edərək qarışdırın. Qarışımdan 1 su stəkanı qədər qırağa qoyun.
Əvvəlcədən 180 dərəcə isidilmiş sobada bişirin. Bişən keki biraz saxladıqdan sonra üstünə ayırdığınızı qarışımı tökün və dilimləyin.
5 dəqiqə sonra servis edə bilərsiniz.