Tərkibi:
3 ədəd yumurta
1 paket şəkərli vanil
2 paket qabartma tozu
1 çay st toz şəkər
3 çay st qatıq
3 çay st un
50 ml əridilmiş marqarin
Şərbət üçün
4 su st toz şəkər
4 su st su
yarım limonun suyu
Üstü üçün
Qaymaq
toz fıstıq
Hazırlanması
İlk əvvəl şərbəti qazın üstündə hazırlamağa başlayın. Şərbət qaynayarkən keksi hazırlayın.
Yumurta və şəkər köpük-köpük olana qədər çırpın. Daha sonra içinə əridilmiş marqarin, qatıq və unu əlavə edin. Qarışdırmağa davam edərkən toz ərzaqları əlavə edin.
Şüşə qaba qarışımı tökün. Əvvəlcədən isidilmiş 200 dərəcəlik sobada 45 dəqiqə bişirin. Sobadan çıxan keksin üstünə şərbəti tökərək dilimlərə ayırın.
Üstünə qaymaq və fıstıq səpin.