Qadin.NET / Köklü, qozlu, darçınlı keks (foto resept)

Köklü, qozlu, darçınlı keks (foto resept)

 

Tərkibi:

 

3 yumurta

1 su st şəkər

yarım su st duru yağ

1 su st süd

2,5 su st un

1 paket vanil

1 paket qabartma tozu

3 ədəd kök

1 su st təmizlənmiş qoz

1 y/q darçın

 

Hazırlanması:

Köklərin qabığını soyaraq sürtgəcdən keçirin.

Köklü, qozlu, darçınlı keks (foto resept)

Yumurta ilə şəkəri yaxşıca çırpın. Süd və duru yağ əlavə edin. Daha sonra un, qabartma tozu və vanil əlavə edin.

Mikserlər qarışdırdıqdan sonra kök, qoz və darçın əlavə edin.

Köklü, qozlu, darçınlı keks (foto resept)

Keks qəlibini yağladıqdan sonra  qarışımı əlavə edin

Əvvəlcədən isidilmiş 160 dərəcədə bişirin.

Köklü, qozlu, darçınlı keks (foto resept)

 

9 oktyabr 2018
GO BACK