Qadin.NET / Revani şirniyyatı (foto resept)

Revani şirniyyatı (foto resept)

 

Tərkibi:

 

Keks üçün:

 

3 yumurta

1 su st şəkər

2 su st un

1 u st qatıq

1 paket qabartma tozu

1 çay st duru yağ

 

Şərbət üçün 

 

3 su st şəkər

3 su st su

yarım limon suyu

 

 

Hazırlanması:

İlk əvvəl şərbəti hazırlamağa başlayın. Qazanın içində şəkər və su qaynadılır. Qaynadıqdan sonra yarım limon suyu əlavə edilir və 1-2 dəqiqə daha qaynadıb ocaqdan götürün.

Revani şirniyyatı (foto resept)

Keks üçün şəkər və yumurta çırpılır. Daha sonra qatıq, yağ və un çırpılır. Son olaraq vanil və qabartma tozu əlavə edilir. Yağlanan keks qəlibinə xəmir qoyulur. 170 dərəcəlik sobada yarım saat bişir. Daha sonra dilimləyə ayıraraq şərbət tökün.

Revani şirniyyatı (foto resept)

 

 

24 sentyabr 2018
GO BACK