Tərkibi:
Otaq istiliyində 1/2 su st Hindistan qozu yağı
1/2 su st ağcaqayın ağacı şərbəti
1 ədəd yumurta
1 ç/q vanil
1/2 ç/q qabartma tozu
1/2 ç/q duz
1 fincan kakao tozu
1 su st bitter şokolad ( ən azı 70 % kakao)
üstünü bəzəmək üçün toz şəkər
Hazırlanması:
Sobanı əvvəlcədən 180 dərəcə isidin. Yağlı kağız sərili soba listinə də ehtiyacınız olacaq. Hindistan qozu yağı və ağcaqayın ağacı şərbətini qarışdırın. Sonra yumurta, vanil, qabartma tozu, duz və kakao tozu əlavə edin.
1 su stəkan şokolad parçalarını da qarışdırın.
Ərzaqları yaxşıca qarışdırdıqdan sonra, xəmir topları əldə etmək üçün bisküvit qaşığından istifadə edin. Soba listinə düzdüyünüz şirniyyatları 10 dəqiqə sobada bişirin.