Qadin.NET / Limonlu keks (foto resept)

Limonlu keks (foto resept)

Tərkibi:

1/2 su st kərə yağı (yumşaldılmış)

2/3 su st Hindistan qozu şəkəri

2 yumurta (sarısı və ağı ayrılmış)

1+1/3 su st un ( badam unu və hindistan qozu unu)

2 ç/q qabartma tozu

3 y/q xaşxaş toxumu

2 y/q limon suyu

2 limon qabığı (sürtgəcdən keçirilmiş)

1 ç/q vanil

1/4 ç/q duz

1/2 su st keçi qatığı

 

Hazırlanması:

İlk olaraq sobanı əvvəlcədən 180 dərəcə isidin. Daha sonra dərin qaba qatıq və şəkəri qarışdırın. 

Limonlu keks (foto resept)

Daha sonra içinə yavaş-yavaş yumurta sarılarını əlavə edin. Hər yumurtanı əlavə edəndə yaxşıca çırpın. Başqa qabda quru ərzaqları qarışdırın və limon qabığını, xaşxaş toxumunu daxil edin. 

Limonlu keks (foto resept)

Sonra hər iki qarışımı bir qabda birləşdirin və bütün ərzaqları bir-birinə qarışdırın.

Limonlu keks (foto resept)

Qarışıma sonra olaraq qatıq, limon suyu və vanil əlavə edin.

Ayrı qabda, yumurta ağını köpüklənə qədər çırpın. Daha sonra onu da qarışıma əlavə edin.

Limonlu keks (foto resept)

Keksi qəliblərə dolduqraraq 20-25 dəqiqə bişirin. 

Limonlu keks (foto resept)

 

10 avqust 2018
GO BACK