Qadin.NET / Qarabağ kətəsi (fotoresept)

Qarabağ kətəsi (fotoresept)

QARABAĞ KƏTƏSİ (addım-addım fotoresept)

Qısa Qarabağ mətbəxi haqqında.
Qarabağ mətbəxi Azərbaycan mətbəxinin tərkib hissəsidir. Qarabağ mətbəxində qoyun və mal ətindən qovurma, qəvli, dolma, yəxni, bozbaş, xaş, kəlləpaça, saciçi, cız -bız, şorbalar və müxtəlif plovlar bişirilir. Qızardılmış və qaynadılmış çay balığından da istifadə olunur. Qarabağ mətbəxində qurudulmuş meyvələr geniş istifadə olunur. Onlardan xoşab, plov, şorba, ət xörəklərinin hazırlanmasında istifadə olunur və çərəz kimi süfrəyə verilir. Qarabağ mətbəxində cad, ət qutabı, fəsəli, kətə, şəkərbura, paxlava, quymaq, halva, qurabiyə, şorqoğalı, dovğa, kababın müxtəlif növləri və s. yeməklər bişirilir. Ümumiyyətlə, Qarabağ mətbəxi çox zəngindir və müasir erməni mətbəxinin əsasıdır.

Tərkibi:

Xəmir üçün:
1,5 x.q. quru maya
0,5 litr su
1 stəkan bitki yağı
6 x.q. şəkər
2 yumurta
1 kq un 
Azərduz yodlu narın xörək duzu
İç üçün:
2 stəkan un
150 qr şəkər pudrası
150 qr kərə yağı
1 paket vanil
Üzəri üçün:
1 yumurta
1 x.q. süd
Küncüt
Hazırlanması:

Əvvəlcə içi hazırlayaq:
Bunun üçün xüsusi qarışdırma maşını varsa,daha yaxşıdır,yoxdursa,dədə-baba üsulu ilə əllə qarışdırılır.
Bir qaba un,şəkər pudrası qoyulur,onlara küp şəklində kəsilmiş yağ və vanil əlavə edilib qarışdırılır.

QARABAĞ KƏTƏSİ (addım-addım fotoresept)

 

QARABAĞ KƏTƏSİ (addım-addım fotoresept)

 

QARABAĞ KƏTƏSİ (addım-addım fotoresept)

Xəmirin hazırlanması:
Un bir qaba ələnir,duz səpilir,ortası açılır,şəkərlə qarışdırılımış
maya tökülür,yavaş-yavaş ilıq su və un əlavə edərək un qarışdırılır.

QARABAĞ KƏTƏSİ (addım-addım fotoresept)


Qabdakı un qarışımının üzəri plastik bir qapaqla örtülür və bir az gözlədilir.
Maya gəldikdən sonra yoğurma mərhələsinə keçmək olar.

QARABAĞ KƏTƏSİ (addım-addım fotoresept)


Başqa bir qabda şəkər,yağ və yumurta çırpılır.

QARABAĞ KƏTƏSİ (addım-addım fotoresept)

 

QARABAĞ KƏTƏSİ (addım-addım fotoresept)


Bu kütlə un qarışımına əlavə olunur.

QARABAĞ KƏTƏSİ (addım-addım fotoresept)


Xəmir yoğrulması başlanır.Əvvəlcə taxta qaşıqla qarışdırılır.

QARABAĞ KƏTƏSİ (addım-addım fotoresept)

 

QARABAĞ KƏTƏSİ (addım-addım fotoresept)

 

QARABAĞ KƏTƏSİ (addım-addım fotoresept)

 

QARABAĞ KƏTƏSİ (addım-addım fotoresept)


Sonra xəmir masa üzərində un əlavə olunmaqla yoğrulmaya davam edilir.

QARABAĞ KƏTƏSİ (addım-addım fotoresept)


Xəmir sonda,qulaq ucu yumşaqlığında olmalı,əllərə yapışmamalıdır.

QARABAĞ KƏTƏSİ (addım-addım fotoresept)


Yoğrulmuş xəmir yenidən qaba qoyularaq üzərinə bitki yağı çəkilir
Üstü plastik qapaqla örtülüb 1-1,5 saat müddətinə isti yerə qoyulur.

QARABAĞ KƏTƏSİ (addım-addım fotoresept)


Qabarmış xəmirdən azca yağlanmış masa üzərində kündələr hazırlanır

QARABAĞ KƏTƏSİ (addım-addım fotoresept)

 

QARABAĞ KƏTƏSİ (addım-addım fotoresept)


Hər bir kündədən 10-12 sm diametrdə yuxa açılır.Diqqət etmək lazımdır ki,yuxaların ortası qalın,kənarları isə incə olsun

QARABAĞ KƏTƏSİ (addım-addım fotoresept)


Yuxaların içəricinə 2 x.q. iç qoyulur.

QARABAĞ KƏTƏSİ (addım-addım fotoresept)


Yuxanın kənarları mərkəzə doğru bükülür

QARABAĞ KƏTƏSİ (addım-addım fotoresept)


Ona yuvarlaq forma verib bükülü hissəsi aşağıya doğru çevrilir

QARABAĞ KƏTƏSİ (addım-addım fotoresept)

Qarabağ kətəsi xəmirinin üstü bir neçə yerdən çəngəllə dəlinir ki,içərisində hava qalmasın.

QARABAĞ KƏTƏSİ (addım-addım fotoresept)


Sonra kətə oxlovla bir istiqamətdə ehtiyatla yayılır.

QARABAĞ KƏTƏSİ (addım-addım fotoresept)


Yenə üzəri çəngəllə bir neçə yerdən dəlinir.

QARABAĞ KƏTƏSİ (addım-addım fotoresept)


Soba sinisinə kətələr məsafəli şəkildə qoyulur,dəsmalla üzərləri örtülüb 15 dəqiqə dinlənməyə buraxılır.

QARABAĞ KƏTƏSİ (addım-addım fotoresept)


Üstü üçün yumurta südlə qarışdırılır

QARABAĞ KƏTƏSİ (addım-addım fotoresept)


Fırça ilə kətələrin üzərinə çəkilir

QARABAĞ KƏTƏSİ (addım-addım fotoresept)



QARABAĞ KƏTƏSİ (addım-addım fotoresept)


Kətələrin üzərinə küncüt səpilir,250 dərəcə isidilmiş sobada 15-20 dəqiqə bişirilir.

QARABAĞ KƏTƏSİ (addım-addım fotoresept)

 

QARABAĞ KƏTƏSİ (addım-addım fotoresept)


Nuş olsun! smile

(Tərcümə edilib)

18 mart 2012
GO BACK