Tərkibi:
4 ədəd yumurta
1 st süd
1 st duru yağ
1 st şəkər
2 paket qabartma tozu
1 vanil
2 y/q kakao
2,5 st un
Sous üçün:
2 armudu st süd
1 armudu st şəkər
0,5 armudu st duru yağ
100 qram şokolad
Hazırlanması:
Yumurta və şəkər qaba əlavə edib 8 dəqiqə çalırıq.
Ardınca duru yağı və südü əlavə edib 1 dəqiqə çalırıq.
Daha sonra kakao, un, vanil və qabartma tozunu əlavə edib çalırıq.Əvvəlcədən isidilmiş sobada 170 dərəcədə bişiririk.
Sosusun hazırlanması
Süd və şəkəri qaba əlavə edib aşağı dərəcədə ocağa qoyun.
Sonra duru yağı və şokoladı əlavə edin. Şokoladı qarışdıraraq əridin. Sous qaynamamalıdır.
Keks bişdikdə üzərinə çöp şişlərlə dəliklər açırıq və istəyə uyğun kəsirik. Sousu az-az əlavə edirik, keksin üzərinə.
Üzərini zövqə görə bəzəyə bilərsiniz.