Tərkibi:
1 paket krem
1 ç/q qabartma tozu
1 su st un
Şərbət üçün
2 su st şəkər
yarım limon
2,5 su st su
Hazırlanması
Dərin bir qabın içinə krem, qabartma tozu və unu əlavə edərək qarışdırın. Daha sonra kasanın içinə əlinizi batırmaq üçün az miqdar maye yağ əlavə edin.
Xəmiri qarışdırma işi bitdikdən sonra xəfif xəmir əldə edəcəksiniz. Əlinizi yağın içinə batırın və xəmirdən qoz böyüklüyündə parçalar alaraq yuvarlayın. Əvvəlcədən isidilmiş 190 dərəcəlik sobaya qoyun.
35 dəqiqə ərzində bişirdiyiniz şirniyyatların üzərinə şərbəti tökün. Şərbət tamamilə çəkildikdən sonra servis edin.