Qadin.NET / Göbələk şirniyyatı (foto resept)

Göbələk şirniyyatı (foto resept)

Tərkibi:

 

1 su st pudra şəkəri

3 su st buğda nişastası

2 ədəd yumurta

1 paket marqarin

1,5 su st un

1 paket vanil

1 paket qabartma tozu

 

Üzəri üçün:

1 y/q kakao

 

Hazırlanması:

 

Otaq istiliyində yumşaldılmış margarın, yumurta və pudra şəkərini təmiz qabda yaxşıca bir-birinə qarışdırın. Ardınca nişastanı və ələnmiş unu yoğuraraq əlavə edin. Sonra vanil və qabartma tozunu tökərək xəmiri yoğurmağa davam edin.

Göbələk şirniyyatı (foto resept)

Yapışmayan halda olan xəmiri 30 dəqiqə ağzı bağlı gözlədin. Xəmirlərdən parçalara qopararaq yuvarlayın, yağlanmış və yağlı kağız sərilmiş litə aralı düzün. Şüşə qab və ya stəkanın ağzını kakaoya batırın və bisküvitlərin üstünə basdırın.

Göbələk şirniyyatı (foto resept)

İsidilmiş 170 dərəcəlik sobada göbələk bisküvitlər ağ qalmaq şərtilə  25-30 dəqiqə bişirin. 

Göbələk şirniyyatı (foto resept)

 

 

1 iyun 2018
GO BACK