Qadin.NET / Yalançı paxlava (foto resept)

Yalançı paxlava (foto resept)

Tərkibi:

1 ədəd yumurta

1 su st un

1 su st duru yağ

1 paket vanil

1 paket qabartma tozu

4 su st un

5 y/q qoz

 

Şərbət üçün

2,5 su st şəkər

3 su st su

4 damla limon suyu

 

Hazırlanması:

İlk əvvəl şərbəti hazırlamağa başlayın. Şəkər və suyu qaynadın. Şərbət qaynadıqdan sonra üzərinə limon sıxaraq soyumağa qoyun.

 

Yalançı paxlava (foto resept)

 

 

Bir qabın içində xəmir ərzaqlarını qarışdırın. Yalançı paxlava xəmiri ələ yapışmayanda içinə qozları əlavə edərək bir daha yoğurun.

 

Yalançı paxlava (foto resept)

 

 

Alınan xəmiri listin içinə yerləşdirin və əlinizlə basaraq forma verin. Daha sonra əvvəlcədən isidilmiş 80 dərəcəlik sobada üzəri qızarana qədər bişirin. Bişdikdən sonra üzərinə şərbəti əlavə edin. 

 

Yalançı paxlava (foto resept)

 

 

 

 

28 may 2018
GO BACK