Tərkibi:
4 yumurta
1,5 st. şəkər tozu
125 qr. kərə yağı
1 st. süd
1-2 xörək qaşığı darçın
1 paket kabartma tozu
1 paket vanil
3,5 st. un
1 st. döyülmüş fındıq ləpəsi
2 ədəd alma (üzərinə düzmək üçün)
Hazırlanması:
yumurta şəkər tozu ilə birlikdə mikserlə çalınır.
Yağ və süd əlavə olunub, yenidən çalınır.
Un, kabartma tozu, vanil, darçın ələkdən keçirilib, duru qarışığa əlavə olunub,mikserlə qarışdırılır.
Fındıq da əlavə olunub, qarışdırılır.
Qabımızı kərə yağı ilə yağlayıb, xəmirimizi əlavə edirik.
Almaların qabıqlarını soyub, şəkildəki kimi dilimləyirik.
Gördüyünüz kimi xəmirimizin üstünə düzürük. Bişməsi üçün əvvəlcədən qızdırılmış sobaya qoyuruq.185-200 dərəcədə, təxminən 40-50 dəqiqəyə bişir.
Artıq piroqumuz hazırdır.
Nuş olsun!
Qeyd: Piroqu hazırlarkən, tərkibindəki bütün məhsullar mikserlə qarışdırılır.