Qadin.NET / Ay çörəyi

Ay çörəyi

Ay çörəyi
Tərkibi:
Xəmır üçün lazım olanlar:
1 paket --- marqarin
1,5 - 2 stəkan --- pudra şəkəri
Yarım stəkan ---ilıq süd
30 qr yaş maya və ya 1 çay qaşığı --- quru toz maya
Aldığı qədər un
Üzəri üçün --- 2 yumurta sarısı

İçi üçün:
2 stəkan--- döyülmüş qoz ləpəsi
yarım stəkan--- pudra şəkəri
1 stəkan--- kişmiş
1 çay qaşığı --- darşın
1 yemək qaşığı --- süd

Hazırlanması:

Mayanı ilıq süddə əridin.
1.Yumşaq marqarinlə pudra şəkərini əzin.Bir miqdar unu ıəkərli marqarinin üzərinə tökün.Mayanı az-az əlavə edin.Aldığı qədər un əlavə edib,yumşaq bir xamır yoğurun.Xamırın üstünü örtüb otaq tempereturunda 1-1,5 saat saxlayın.Bu çörək xamırı kimi deyil,qabarmasa narahat olmayın.
2.Quru üzüm,qoz ,darçın və pudra şəkərini qarışdırın.
3.Xamırdan parçalar qoparıb enləməsinə ellips formasında açın.İçinə 1 çay qaşığı iç qoyun.

 

Ay çörəyi

4.Uzun kənarlarını şəkildəki kimi bükün.
5.daha sonra əlinizi həfif basdıraraq şəkildəki kimi yarım ay şəkli verin.
Üzərlərinə yumurta sürtün.Əvvəlcədən isidilmiş duxovkada 200 C üzərləri qızarana qədər bişirin.

Ay çörəyi
13 fevral 2009
GO BACK