Tərkibi:
1 y/q bal
1 paket pudra şəkəri
1 ədəd yumurta
istədiyiniz rəngdə qida boyası
Hazırlanması
Yumurtanın ağını və balı mikserlə çırpın. Daha sonra bir taxta qaşıq ilə pudra şəkərini qarışımın içinə yavaş-yavaş tökün və qarışdırın.
Xəmir ələ yapışmayan hala gələnə qədər pudra şəkəri əlavə etməyə davam edin. Son olaraq qida boyasını əlavə edərək bir daha qarışdırın.
Alınan şəkər xəmirini tort və şirniyyatlarda bəzək üçün istifadə edə bilərsiniz.