Tərkibi:
150 qram kərə yağı
yarım su st toz şəkər
1 paket vanil
1 yumurta
2 yarım su st un
Krem üçün
2 yarım su st süd
3 y/q nişasta
3 y/q toz şəkər
1 paket vanil
2 y/q kərə yağı
1 paket toz krem şanti
Hazırlanması
Xəmiri hazırlamaq üçün bütün ərzaqları yoğurun. Alınan xəmirdən hissələr götürərək daha əvvəldən yağlanmış olan tartolet qəliblərinin içinə yerləşdirin. Xəmirin qəliblərinin içinə yerləşdirdikdən sonra qabarması üçün çəngəllə dəliklər açın.
180 dərəcəlik sobada 20 dəqiqə bişirin. Xəmirləri soyuması üçün bir yerdə saxlayın. Bu əsnada kremi hazırlayın. Kremi hazırlamaq üçün ; qazana sıra ilə süd, nişasta və toz şəkər əlavə edərək qarışdırın. Qarışım krem halına gələnə kimi içinə kərə yağı qoyaraq qarışdırın. Qaynayan kremi sobadan götürün və içinə krem şanti qoyun. Bundan kremi çırpın. Alınan kremi tartoletlərin içinə sıxın və meyvələrlə bəzəyin.