Qadin.NET / Çaylı bisküvit (foto resept)

Çaylı bisküvit (foto resept)

Tərkibi:

 

3 y/q kərə yağı

yarım su st qəhvəyi şəkər

1 ədəd yumurta

1 paket vanil

2 st un

1 y/q matcha çayı (yaşıl çay)

1 paket qabartma tozu

yarım paket ağ şokolad

yarım paket südlü şokolad

 

Hazırlanması:

 

Otaq istiliyində əridilmiş olan kərə yağının içinə qəhvəyi şəkər qoyun və krem halına gələnə qədər çırpın.

 

Çaylı bisküvit (foto resept)

 

 

Yumurtaları və vanili əlavə edərək, çırpın. Bu əsnada yaşıl çayı, qabartma tozu və unu bir qabın içində yaxşıca qarışdırın.

 

Çaylı bisküvit (foto resept)

 

 

Bu qarışımı bir ələkdən keçirərək, kərə yağlı qarışımın içinə əlavə edin. Bütün ərzaqları yoğurun və alınan xəmiri salafana sarıyıb, 30 dəqiqə soyuducuda saxlayın. 30 dəqiqə sonra xəmiri soyuducudan çıxarın.

 

Çaylı bisküvit (foto resept)

 

 

 

Xəmirdən kiçik parçalar götürərək, içinə şokolad parçaları qoyun. Şokolad parçalarını qoyduqdan sonra biskuvitlərə yuvarlaq forma verin. 180 dərəcəlik sobada 10 dəqiqə bişirin.

 

Çaylı bisküvit (foto resept)

 

 

 

12 aprel 2018
GO BACK