Tərkibi:
3 su st un
1 ç/q toz maya
1 ç/q duz
1 ç/q toz şəkər
yarım su st su
yarım su st süd
1/4 su st zeytun yağı
1 ədəd yumurta ağı
İç üçün
yarım su st un
50 qram kərə yağı
duru yağ
üstü üçün
yumurta sarısı
Hazırlanması
Xəmir üçün olan ərzaqları yoğurun. Daha sonra xəmirin mayalanması üçün bir saat gözləyin. Bu əsnada yarım st un ilə kərə yağını tavada qovurun.
Mayalanan xəmiri altı hissəyə bölün. Bu hissələri ovuc içi qədər açın və içinə duru yağ sürtün. Bu formada bir miqdar daha açın və qovurduğunuz unu yenidən içinə sürtün.
Yenidən boxça formasında bağlayın və listə düzün. Bütün xəmirlər üçün eyni üsulu təkrar edin. 200 dərəcəlik sobada qızarana qədər bişirin.