Tərkibi:
4 st un
1 paket qabartma tozu
1 paket vanil
yarım st kərə yağı
1 st şəkər
3 böyük yumurta
1 st qatıq
Krem üçün
1 paket krem
1 st süd
yaşıl qida boyası
1 paket krem şanti
1 pletka ağ şokolad
Hazırlanması
1. Keks ərzaqlarını bir qabın içində qarışdırın.
2. Alınan xəmiri keks qəliblərinin içinə tökün və 120 dərəcədə 30 dəqiqə bişirin.
3. Kremi hazırlamaq üçün şokoladları əridin. Daha sonra süd və krem şantini çırpın. Sonra kremi əlavə edin. Çırpmağa davam edin. Son olaraq əridilmiş şokoladları əlavə edin.
4. Alınan kremin bir bölümünü çox az miqdarda qida boyası əlavə edərək sıxma paketinin içinə qoyun.
5. Keks bişdikdən sonra üzərinə kremi sıxın və servis edin.