Tərkibi:
1 st su
1 st un
125 qram marqarin
3 ədəd yumurta
Krem üçün
2,5 st süd
3 yemək qaşığı un
1,5 çay st şəkər
1 ədəd yumurta
1 paket vanil
üstü üçün
1 paket hazır şokolad sousu
Hazırlanması:
Kiçik qazana 1 st su və marqarin əlavə edərək qaynadın. Daha sonra 1 st unu əlavə edərək yaxşıca qarışdırın. 2-3 dəqiqə qarışımı qarışdıraraq bişirik. 10-15 dəqiqə soyumasını gözləyin.
3 ədəd yumurtanı bir-bir xəmirə yedizdirin. Bir yumurtanı tam həll olmadan ikincini əlavə etməyin. Xəmiri 10 dəqiqə gözlədin.
Xəmirləri kürə formasına salaraq listə düzün. Xəmirlər bişdikdən sonra kremi hazırlayın.
Vanildən başqa bütün ərzaqları bir qazana qoyaraq bişirik. Bişdikdən sonra vanili əlavə edin.
Kremi bişən profiterolun içinə doldurun. Üzərinə şokolad sousu gəzdirin.
Nuş olsun