Tərkibi:
115 qram un
7 qram qabartma tozu
15 qram badam tozu
115 qram duzsuz kərə yağı
115 qram şəkər
2 yumurta
1 ç/q vanil
10 qram fıstıq
10 qram dilimlənmiş badam
10 qram quru üzüm
Hazırlanması:
1. Un, badam tozu və qabartma tozunu qarışdıraraq ələyin.
2. Kərə yağı və şəkəri mikserdə 10 dəqiqə çırpın.
3. Yumurtaları tək-tək əlavə edin.
4. Vanili əlavə edin
5. Hazırladığınız unlu qarışımı əlavə edin.
6. Fıstıqları əlavə edin.
7. Soba qabına yağlı kağız sərərək qarışımı əlavə edin.
8. Badam və quru üzümləri əlavə edin.
9. Piroqu əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada 20-30 dəqiqə bişirin.
Nuş olsun