Türkiyədə çox sevilən bir keksdir.Demək olar,çox yerdə bu keksi ikram edirlər.Çünki,çox ləzzətlidir.
Amma bu keksi bişirməyin bəzi nüansları var ki,xanımlar bunu yaxşıca öyrənməlidirlər.
Keks bişirən xanımlarımız üçün 14 fevral 2009-cu ildə saytımızda efirə getmiş Keks və tortun mükəmməliyi üçün
xəbərinə nəzər salmağı məsləhət görürəm
Keçək vəsaitlərə:
8 nəfərlik porsiya üçün:
1 su stəkanı duru yağ
1 su stəkanı toz şəkər
1 su stəkanı qatıq
3 yumurta
3 su stəkanı un
2 ədəd orta boy kök
1 ç.q. darçın
1 paket qabartma tozu
1 paket vanil
80 q xırdalanmış qoz ləpəsi
Hazırlanması:
Əvvəlcə şəkərlə yumurta mikserlə ağarıncaya qədər çırpılır.
Sonra un,duru yağ,qatıq əlavə olunub bir daha çırpılır.
Daha sonra darçın
Qabartma tozu
Vanil də əlavə olunub yenidən çırpılmağa davam edilir.
Keks qabımızın dibini fırça ilə yağlayırıq.
Rəndələnmiş kök
Və xırdalanmış qoz ləpəsini keks xəmirinə əlavə edib "spatule" ilə qarışdırırıq.
Keks xəmirini qaba boşaldıb
Spatule ilə hamarlayırıq.
Əvvəlcədən isidilmiş 180 dərəcəli sobaya keksi yerləşdiririk.
Keksimiz 25-30 dəqiqədə bişəcəkdir.Amma bəzi sobalar fərqli zamanda da bişirə bilər.40 dəqiqə də ola bilər.Keksin bişib-bişməməsini yoxlamaq üçün
kibrit çöpü ilə içinə batırmaq lazımdır.Əgər xəmir yapışmırsa,deməli hazırdır.
Süfrəyə servis edən zaman bu keksi zövqə görə üzərinə şokalad da rəndələmək olar.
Bizim keks soyuyarkən Alpay bala üstünü qopardığı üçün dilimlərə böldükdə əyri alındı
Amma ləzzətinə söz ola bilməz.
Alpay bəyin önündə hələ soyumamış keks dilimi var,ona görə belə belə pərişan haldadır.
Siz isə tələsməyin,qoyun keksiniz yaxşıca soyusun,sonra dilimlərsiz.