Tərkibi:
2 yumurta
1.5 st. şəkər
1 st. qatıq
1 st. yağ
1 st. un
1 st. mannı
2 paket qabartma tozu
1 paket vanil
istəyə görə qoz,kişmiş.
Hazırlanması:
Yumurta ilə şəkər ağarana qədər qarışdırılır.
Qatıq və yağı da əlavə edib qarışdırırıq.
Mannını əlavə edirik,unu və qabartma tozunu ələkdən keçirib qarışığa əlavə edirik.Həll olana qədər qarışdırıb yağlanmış qaba tökürük.170 dərəcədə təxminən 40 dəqiqə bişiririk.
Budur keksimiz hazırdır.Nuş olsun!