Tərkibi:
2 st un
1 paket qabartma tozu
3 yemək qaşığı kərə yağı
1 st şəkər
3 ədəd yumurta
1 st duru yağ
1 paket kakao
Şokoladlı qat üçün
1 paket labne pendiri
yarım paket marqarin
1 paket kakao
1 tablet əridilmiş şokolad
Hazırlanması:
1. Kakao xaric bütün tərkibi qarışdırın
2. Kek xəmirinin yarısını ayırın və kakao ilə qarışdırın.
3. İlk əvvəl ağ qat üçün daha sonra kakaolu qatı olmaq üzərinə sıra ilə keki qəlibə tökün.
4. Şokoladlı qatı hazırlamaq üçün bütün tərkibi çırpın.
5. Bişən kekin üstünə şokoladlı qatı çəkin.