Tərkibi:
4 ədəd alma
1 stəkan zoğal
1 stəkan şəkər
2 y/q qarğıdalı nişastası
2 ç/q darçın
1 ç/q qərənfil
1 ç/q hind qozu
2 y/q kərə yağı
1 ədəd yumurta
1 stəkan süd
2 stəkan un
Hazırlanması:
Alma, zoğal və darçını qarışdırın.
Digər tərkibi də bir-birinə qarışdırın və tart xəmiri yoğurun. Xəmirin bir hissəsini yayaraq tart qabına yerləşdirin. Bir hissəsini də üzərinə qoymaq üçün ayırın.
Almalı qarışımı tart xəmirinin üzərinə əlavə edin və üzərini ayırdığınız xəmirlə örtün. 120 dərəcə 30 dəqiqə bişirin.
Nuş olsun!