Tərkibi:
4 stəkan un
1 fincan şəkər tozu
1 oaket toz maya
1 fincan süd
3 y/q kərə yağı
1 ədəd yumurta
1 stəkan portağal suyu
Arası üçün:
1 armudu stəkan tahin(ədviyyat)
1 y/q şəkər
Üzəri üçün:
1 paket krem
Hazırlanması:
Portağal suyu sıxıb kənara qoyun.
Ərzaqları bir qabın içində yaxşıca yoğurun.
Xəmiri yayın və içinə tahinli şəkərli qarışımı qoyun. Sonra rulet formasında xəmiri bükün və kiçik hissələr formasında kəsin.
Xəmiri listə düzün və 180 dərəcə 45 dəqiqə bişirin.
Bişdikdən sonra kremi üzərinə əlavə edin.
Nuş olsun!