Tərkibi:
100 qram kərə yağı
1 ədəd vanil çubuğu
265 ml süd
85 qram şəkər
42 qram təzə maya
530 qram un
100 qram kərə yağı
100 qram quru üzüm
4 ədəd yumurta sarısı
1 ç/q darçın
30 ml su
Masa üzəri üçün un
Hazırlanması:
Qazanda kərə yağını əridin. Üzrinə vanil çubuğu əlavə edin və 1-2 dəqiqə bişirin.
Kiçik bir qazanda süd, şəkər və mayanı isidin.
Miskerdə un, kərə yağı, quru üzüm, yumurta sarısı, darçın və südlü qarışımı əlavə edərək çırpın. 30-35 dəqiqə kənarda saxlayın.
Unlu masanın üzərində xəmirdən orta boyda kündələr hazırlayın. Ardından soba listinə düzərək 30 dəqiqə saxlayın.
Sobanı 200 dərəcə isidin. Bu qabda yumurta sarısı, süd, un, çəkər və su əlavə edərək qarışdırın. Ardından sıxma torbasına əlavə edin.
Çörək xəmirlərin üzərinə yumurtalı qarışımı eninə və uzununa çarpaz şəkildə çəkin. Sonra sobaya qoyun və 20-25 dəqiqə bişirin. Yanında bal ya da kərə yağı ilə servis edə bilərsiniz.
Nuş olsun!