Tərkibi:
420 qram un
Qabartma tozu
1 ç/q duz
85 qram kakao tozu
360 ml tam yağlı süd
320 qram şəkər
4 ədəd yumurta
240 ml tərəvəz yağı
Vanil
170 qram kərə yağı
350 qram toz şəkər
Yağlamaq üçün yağ
Hazırlanması:
Sobanı 175 dərəcə isidin. Bir qabda un, qabartma tozu və duzu qarışdırın.
Kakao tozu və şəkəri hamar olana kimi çırpın.
Yumurta, şəkər, vanil və südü çırpın.
Unlu qarışımı əlavə edib qarışdırın.
Soba qabına iki xətt formasında kakaolu və xəmirli qarışımı əlavə edib sobada 35-40 dəqiqə bişirin.
Mikserdə kərə yağı, kakao, şəkər, süd və duzu çırpın.
Keksin üzərinə kakaolu qarışımdan çəkin. Bonibon şəkərlə bəzədikdən sonra servis edin.
Nuş olsun!