Qadin.NET / Ananaslı və köklü keks (foto resept)

Ananaslı və köklü keks (foto resept)

 

Tərkibi:

4 stəkan un

1 stəkan maye yağ

5 ədəd yumurta

2 stəkan qəhvəyi şəkər

Yarım rəndələnmiş ananas

1 ədəd rəndələnmiş kök

1 stəkan qoz

 

Ağ qat üçün:

1 paket krem pendir

yarım paket krem

 

Üzəri üçün:

yarım paket krem

1 tablet şokolad

 

Hazırlanması:

Rəndələnmiş kökün üzərinə un əlavə edin.

 

Ananaslı və köklü keks (foto resept)

 

 

Ayrı bir qabda yumurtaları, qəhvəyi şəkəri, ananası və yağı yaxşıca qarışdırın.

 

Ananaslı və köklü keks (foto resept)

 

 

Bu qarışımın üzərinə qoz və köklü qarışımı əlavə edin.

 

Ananaslı və köklü keks (foto resept)

 

 

Pendir və kremin yarısını qarışdırın.

 

Ananaslı və köklü keks (foto resept)

 

 

Keksin bir hissəsini qəlibə əlavə edin. Ağ qatı üzərinə əlavə edin. Qalan keks xəmirini ən üstə əlavə edin.

 

Ananaslı və köklü keks (foto resept)

 

 

180 dərəcə 40 dəqiqə üzəri qızarana qədər bişirin.

 

Ananaslı və köklü keks (foto resept)

 

 

Bir paket ağ şokolad və qalan kremi çırpın və keksin üzərinə əlavə edin.

 

Ananaslı və köklü keks (foto resept)

 

 

Nuş olsun!

12 sentyabr 2017
GO BACK