Tərkibi:
3 ədəd yummurta
1 stəkan qəhvəyi şəkər
1 paket əridilmiş bitter şokolad
1 stəkan süd
1 paket kakao
2 stəkan un
Kremi üçün:
1 paket ağ şokolad
1 paket krem
Hazırlanması:
3 yumurtanı və qəhvəyi şəkəri yaxşıca çırpın. Üzərinə süd, kakao və əridilmiş şokolad əlavə edin. Yaxşıca qarışdırdıqdan sonra un əlavə edin. Listdə bişirin.
Bişən keksi uzun formada kəsin.
Ağ şokoladı buxarda əridin. Üzərinə krem əlavə edin.
Kekslərin bir kənarını ağ şokoladlı qarışıma batırın. Sonra rəngli şəkərlər ilə bəzəyin.
Nuş olsun!