Qadin.NET / Yaş keks (foto resept)

Yaş keks (foto resept)

Tərkibi: 

4 ədəd yumurta

1.5 st. şəkər

1 st. süd

0.5 st. yağ

2 st. un

2 x.q kakao

2 paket qabartma tozu

1 paket vanil

Sousu üçün:

2 st. süd

0.5 st. şəkər 

2 x.q. kakao

0.4 st yağ

Yaş keks (foto resept) 

 

Hazırlanması:

Yumurta şəkərlə ağarana kimi çalınır.

Yaş keks (foto resept)

 


Yaş keks (foto resept)
 
Süd,yağ və vanil də əlavə olunub çalınır.

Yaş keks (foto resept) 

 

Quru ərzaqlar (un,kakao,qabardıcı) ələkdən keçirilib duru qarışığa əlavə olunur və əl ilə çırpıcı vasitəsi ilə asta asta qarışdırılır (mikserdən istifadə edildikdə keks istədiyimiz kimi şişmir)

Yaş keks (foto resept)

 

Yaş keks (foto resept)


Yaş keks (foto resept) 

 

 

35-40 sm. eni olan qabın dibini yağlayıb,unlayıb keks xəmirini tökürük və 170 dərəcədə 40-45 dəqiqə bişiririk. (keks bişən müddətdə çalışın sobanın qapağını açmayın ki,şişi yatmasın)

Yaş keks (foto resept)

 

Keks bişərkən sousunu hazırlayaq.

Süd,şəkər,kakao və yağ birlikdə mikserlə şəkər əriyənə kimi çalınır və sousumuz hazırdı.

Yaş keks (foto resept)


Yaş keks (foto resept)

Yaş keks (foto resept)

Yaş keks (foto resept) 

 

 

Keks sobadan çıxar çıxmaz kibrit çöpü ilə dəliklər açıb sousun yarısını keksin üzərinə tökürük.

Yaş keks (foto resept)

 


Yaş keks (foto resept)

Sonra keksi kəsirik və qalan sousu da hər tərəfinə yayılacaq şəkildə tökürük.Soyumağa qoyub sonra üzərinə pudra şəkəri və ya kakos səpib servis edirik.

Yaş keks (foto resept)


Yaş keks (foto resept) 

Və keksimiz hazırdır.Nuş olsun! 

Yaş keks (foto resept)

 

Əsgərin gəlişi münasibəti ilə... 
6 iyul 2011
GO BACK