Qadin.NET / Şirin pizza (foto resept)

Şirin pizza (foto resept)

 

Tərkibi:

1 paket marqarin

1 stəkan pudra şəkəri

1 armudu stəkan maye yağ

2 stəkan un

1 paket krem şanti

1 stəkan süd

Çiyələk

Rəngli şəkərlər

 

Hazırlanması:

Bir paket marqarini otaq istiliyində yumşaldın. Dərin bir qabın içinə bir paket marqarini, maye yağını, pudra şəkərini və unu əlavə edərək bir xəmir halına gətirin. Üzərinə rəngli şəkərlər əlavə edin.

 

Şirin pizza (foto resept)

 

 

Hazırladığımız xəmiri 180 dərəcəlik sobaya qoyub təxminən yarım saat bişirin. Xəmiri qızarmadan götürün. Üzərinə hazırladığınız kerm şantini çəkin.

 

Şirin pizza (foto resept)

 

 

Son olaraq çiyələklər və rəngli şirniyyatlarla ilə bəzəyin.

 

Şirin pizza (foto resept)

 

 

Nuş olsun!

 

Şirin pizza (foto resept)

 

 

25 avqust 2017
GO BACK