Tərkibi:
1,1 kq albalı
350 qram un
170 qram şəkər
3 y/q duz
230 qram kərə yağı
80 ml buzlu su
1 ədəd limon qabığı rəndəsi
4 y/q qarğıdalı nişastası
1 ədəd yumurta
Səth üçün un
Yağlamaq üçün yağ
Səpmək üçün şəkər
Hazırlanması:
Blenderə un, şəkər, duz və kərə yağını qarışdırın və xəmir hazırlayın. Quru olarsa bir az su əlavə edin.
Unlanmış bir səthdə xəmiri yaxşıca əlinizlə yoğurun.
Bir qabda, şəkər, nişasta, duz limon qabığı rəndəsini albalı ilə qarışdırın. Albalınız dondurulmuşdursa, açılmasını gözləyin. Artıq suyu görün.
Sobanı 190 dərəcədə isidin. Xəmiri 0,5 sm qalınlığında yayın. Yağlanmış listə yerləşdirin.
Albalılı qarışımı xəmirin içərisinə əlavə edin. Üzərini bağlamaq üçün 2,5 sm genişliyində xəmirlər kəsin və qarışımın üzərini örtün.
Yumurtanı çırpın və fırça ilə xəmirin üzərinə çəkin. Şəkər səpib, sobada 1 sat qızarana kimi bişirin.
Nuş olsun.