Qadin.NET / Badamlı keks (foto resept)

Badamlı keks (foto resept)

Tərkibi:

115 qram un

7 qram qabartma tozu

15 qram badam tozu

115 qram duzsuz kərə yağı

115 qram şəkər

2 ədəd yumurta

1 çay qaşığı vanil özü

10 qram fıstıq

10 qram dilimlənmiş badam

10 qram quru üzüm

Hazırlanması:

Un, badam tozu və qabartma tozunu qarışdıraraq ələkdən keçirin.

Badamlı keks (foto resept)

Kərə yağı və şəkəri mikserdə 10 dəqiqə çırpın.

Badamlı keks (foto resept)

Yumurtaları tək-tək əlavə edin.

Badamlı keks (foto resept)

Vanili əlavə edin.

Badamlı keks (foto resept)

Hazırladığınız unlu qarışımı əlavə edin.

Badamlı keks (foto resept)

Fıstıqları əlavə edin.

Badamlı keks (foto resept)

Soba listinə yağlı kağız sərin və qarışımı əlavə edin.

Badamlı keks (foto resept)

Badam və quru üzümləri əlavə edin.

Badamlı keks (foto resept)

Keksi əvvəlcədən isidilmiş 180 dərəcə sobada 20-30 dəqiqə bişirin.

Badamlı keks (foto resept)

Nuş olsun!

Badamlı keks (foto resept)

 

22 iyun 2017
GO BACK