Qadin.NET / Albalılı ruletlər (foto resept)

Albalılı ruletlər (foto resept)

 

12 nəfərlik

Tərkibi:

150 qram albalı

240 ml süd

7 qram quru maya

2 yemək qaşığ şəkər

1/2 çay qaşığı duz

5 yemək qaşığı kərə yağı

1 ədəd yumurta

375 qram un

150 qram ağ şokolad

200 qram kem pendir

1 çay qaşığı vanil özü

200 qram pudra şəkəri

Yağlamaq üçün yağ

Hazrlanması:

Qazanda südü isidin. Quru maya, şəkər əlavə edin. Duz, kərə yağı, yumurta əlavə edib qarışdırın.

Albalılı ruletlər (foto resept)

Qarışımdan yaxşıca yoğrulmuş xəmir hazırlayın. Üzərini örtüb, 1 saat saxlayın.

Albalılı ruletlər (foto resept)

İsti su buxarında şokoladı əridin. Krem pendir əlavə edib qarışdırın.

Albalılı ruletlər (foto resept)

Xəmiri dördbucalı şəklində yayın, üzərinə şokoladlı qarışımı yayın. İkiyə ayırdığınız albalıları düzün və xəmiri rulet formasında burun.

Albalılı ruletlər (foto resept)

175 dərəcə isidilmiş sobada 20-25 dəqiqə qızarana kimi bişirin. Tavada kərə yağını əridib krem pendir, pudra şəkəri, vanil əlavə edin. Bişən ruletlərin üzərinə yayın.

Albalılı ruletlər (foto resept)

Nuş olsun!

 

18 iyun 2017
GO BACK