Tərkibi:
2 ədəd alma
1/2 limon suyu
1 darçın çubuğu
360 ml su
1 paket milföy xəmiri
3 yemək qaşığı ərik mürəbbəsi
Maye yağ
Hazırlanması:
Əlmaları dörd hissəyə bölərək incə-incə dilimləyin.
Böyük bir qaba alma dilimlərini qoyub, üzərinə limon suyu əlavə edin. Daha sonra bir qazana bir az su və darçın çubuğunu qoyaraq, almaları 2-3 dəqiqə bişirin.
Milföy xəmirini 4 barmaq genişliyində kəsin.
Kiçik bir qazanda 60 ml su və ərik mürəbbəsini orta dərəcədə 3-5 dəqiqə bişirin.
Xəmiri eninə bir az açın və üzərinə mürəbbəni çəkin. Almaları xəmirin üst hissəsinə düzün və üzərini xəmir ilə örtün. Daha sonra yavaş-yavaş bükək. Əvvəlcədən isidilmiş 190 dərəcəli sobada 30-35 dəqiqə bişirin.
Nuş olsun.