Qadin.NET / Tez başagələn piroq (foto resept)

Tez başagələn piroq (foto resept)

Tez başagələn PİROQ (foto resept)

 

Tərkibi:
Süd 0,5 stəkan
Qatılaşdırılmış qaynadılmış süd (squşonka)
1 qutu (400 qr)
3 yumurta
1 stəkan qoz
1,5 ç.q. xəmirqabardıcı
Un 2/3 stəkan
Şəkər 1/3 stəkan
Kişmiş 50 qr


Hazırlanması:

Yumurtalar mikserlə çırpılır.

 

Tez başagələn PİROQ (foto resept)


Qaynadılmış qatı südün 2/3 hissəsi yumurtalara əlavə olunur.

Tez başagələn PİROQ (foto resept)


Çırpılmaya davam edilir.

Tez başagələn PİROQ (foto resept)


Üzərinə un ələnir,şəkər və xəmirqabardıcı əlavə olunur.

Tez başagələn PİROQ (foto resept)


Hamısı yaxşıca qarışdırılır,iri doğranmış qoz və kişmiş əlavə edilir.

Tez başagələn PİROQ (foto resept)


Mikserlə qarışdırmaya davam edilir.

Tez başagələn PİROQ (foto resept)


Hazır xəmir yağlı kağız(perqament) qoyulmuş formaya boşaldılır.
Əvvəlcədən isidilmiş 180 dərəcə duxovkada 30-35 dəqiqə bişirilir.

Tez başagələn PİROQ (foto resept)


Qatı qaynanmış südün yerdə qalan hissəsi isidilmiş südlə qarışdırılır.

Tez başagələn PİROQ (foto resept)


Bişmiş piroq duxovkadan çıxarılaraq üstündə diş çöpü ilə dəliklər açılır.

Tez başagələn PİROQ (foto resept)


Eyni bərabərdə qatı südlü qarışım piroqun üzərinə tökülür.

Tez başagələn PİROQ (foto resept)


Üzəri xırdalanmış qozla bəzədilir.

Tez başagələn PİROQ (foto resept)


Tez başagələn piroqunuz hazırdır.

Tez başagələn PİROQ (foto resept)


Nuş olsun! smile

 

13 mart 2010
GO BACK