Qadin.NET / Bananlı keks

Bananlı keks

 

 

Bananlı keks

 

 

Tərkibi:

3 ədəd yumurta

3/4 stəkan şəkər tozu

1/2 stəkan zeytun yağı

1/2 stəkan süd

3 ədəd banan

1/2 stəkan qoz

2 stəkan un

1 paket qabartma tozu

1 çay qaşığı darçın

 

 

Bananlı keks

 

 

Hazırlanması:

Yumurtaları qarışdırma qabına qoyun. Şəkər tozu ilə birlikdə krem halına gələnə kimi qarışdırın. Zeytun yağı və südü əlavə edib qarışdırın. Bananların qabıqlarını soyub əzin və digər qarışımın üzərinə əlavə edin. Sonra bunları qarışdırn. Un, qabarta tozu və darçını da əlavə edin. Kiçik hissələr halında qırdığınız qozu da qatın. Bundan sonra yaxşıca qarışdırın. Sonra yağlanmış keks qabına qoyun. Üzərini düzəldin. Dibə düşməməsi üçün yüngül şəkildə unladığınınz banan dilimlərini keksin mərkəzinə keçirin, sonra 45 dəqiqə 170 dərəcədə bişirin. Süfrəyə dilimlər şəklində verilir.

2 may 2017
GO BACK