Tərkibi:
1 stəkan şəkər
2 ədəd yumurta
1 stəkan kişmiş
1 stəkan xırdalanmış qoz
1 stəkan un
1 çay qaşığının ucunda soda
Hazırlanması:
Yumurta ilə şəkəri qarışdırın. Sonra qozu və kişmişi əlavə edin. Listi əridilmiş yağla yağlayın. Sonra xəmiri listə yayıb, sobaya qoyun. Bişmiş piroqu isti halda bölün.