Tərkibi:
Yarım stəkan un
100 qram mayonez
2 stəkan şəkər
3 ədəd yumurta
100 qram xama
Bıçağın ucunda karbonat (söndürməyi unutmayın)
5-6 ədəd alma
Hazırlanması:
Yumurtanın sarısını şəkərlə qarışdırın. Sonra mayonez, xama, karbonat əlavə edib, qarışdırın. Unu da əlavə edin.
Listi yağlayıb, un səpin. Xəmiri listə qoyub sobaya yerləşdirin.
Almanın qabığını soyub, dilimləyin.
Yumurtanın ağını 1 stəkan şəkərlə qarışdırn. Xəmir qızılı rəngə çalanda sobadan çıxarın. Üzərinə almaları sonra da yumurtanın ağını əlavə edin.Yenidən sobaya yerləşdirin. Üzəri qızılı rəngdə olanda və quruyanda bişmiş sayılır.