Qadin.NET / Ekler peçenyesi

Ekler peçenyesi

 

 

Ekler peçenyesi

 

Tərkibi:

250 ml süd

100 qram kərə yağı

1 çimdik duz

150 qram un

3-4 ədəd yumurta

500 ml krem

2 paket qatılaşdırıcı

2 paket vanil

500 qram böyürtkən

2 xörək qaşığı şəkər pudrası

 

 

Ekler peçenyesi

 

 

Hazırlanması:

Qazana süd və kərə yağı əlavə edin. Qaynamaq dərəcəsinə çatanda un əlavə edin. Dərəcəsini minumuma endirib qarışdırın. Qatı xəmir kimi olanda soyudun. Soyuduqdan sonra üzərinə bir yumurta əlavə edib qarışdırın. Bunu bir neçə yumurta ilə təkrarlayın. Ta ki, xəmir parııltılı və qaşıqdan özü düşmə dərəcəsinə çatsın.

Sobanı 200 dərəcə qızdırın. Xəmiri soba kağızına 10 sm uzunluğunda uzunsov şəkildə sıxma torbası ilə yayın. 30-35 qədidə sobada bişirin. Sobadan çıxaran kimi isti-isti üfiqi vəziyyətdə kəsin.

Kremin hazırlanması üçün kremi köpük yarana kimi qarışdırn. Üzərinə vanil əlavə edin. Sonra eklerin arasına səliqəli qoyun. Kremin üzərinə böyürtkəndə qoyun. Eklerin üzərinə şəkər pudrası səpin.

 

30 mart 2017
GO BACK