Tərkibi:
200 qram un ( 2 istəkan)
50 qram kərə yağı ( 1 xörək qaşığı)
Yarım çay qaşığı süd
1 armudu stəkan bal
1 ədəd xırdalanmış limon qabığı
¼ limon suyu
1 paket qabartma tozu
1 paket vanil
Hazırlanması:
Kərə yağı və südü birlikdə isidin. Kərə yağı əriyəndə balı əlavə edin. Sonra digər məhsulları əlavə edib qarışdırın. Mikserin aşağı səviyyəsində çırpın. 175 dərəcə əvvəlcədən isidilmiş sobada qızarana kimi bişirin. Keks qızardıqdan sonra ortasına çöp batırıb bişib-bişməməsinə baxın. Əgər quru çıxarsa, çox bişirmədən sobadan götürün ki, qurumasın.