Qadin.NET / Almalı piroq (foto resept)

Almalı piroq (foto resept)

Tərkibi:

Un - 1 stəkan

Şəkər tozu - 1 stəkan

Yumurta - 3 ədəd

Qabartma tozu - 1/4 ç. q. 

Vanil - 5 q.

Duz - 1 çimdik 

İçlik üçün:

Alma - 3 - 4 ədəd
Hazırlanması:

Yumurta, vanil və şəkər tozunu mikserlə yaxşıca çalın, sonra 1 çimdik duz əlavə edin və yenə çalın.

İndi çalınmış yumurtanın üzərinə ələnmiş un və qabartma tozu əlavə edilir, yaxşı qarışdırılır.

Dairəvi tort qabını yağlayıb unlayırıq və xəmirin yarısını qaba tökürük.

Sonra almalar yuyulur, tumları təmizlənir və yuxa doğranır.
Xəmirin üzərinə alma düzülür. Sonra xəmirin ikinci yarısı almanın üzərinə əlavə edilir.
 180 dərəcə isidilmiş sobada 25 - 30 dəqiqə bişməyə qoyuruq.
Buyurun, almalı piroqumuz hazırdır! 
Nuş olsun!
 (Tərcümə edilib) 
12 mart 2017
GO BACK