Qadin.NET / Alma piroqu (foto resept)

Alma piroqu (foto resept)

Tərkibi:

Un - 250 q.

Şəkər tozu - 200 q.

Yumurta - 3 ədəd

"Best Cow" kərə yağı - 50 q.

Qabartma tozu - 1 ç. q. 

Xama - 300 q.

Şəkər kirşani - 50 q.

Vanil - 5 q.

İçlik üçün:

Alma - 2 ədəd
Üzüm qurusu - 100 q. 

Üzəri üçün:

 Şəkər tozu - 3 - 4 x. q.

"Best Cow" kərə yağı - 20 q.

Un - 3 - 4 x. q.

Hazırlanması:

Yumurta, vanil və şəkər tozunu mikserlə yaxşıca çalın.

Sonra xama və əridilmiş kərə yağı əlavə edib qarışdırın.

İndi çalınmış kütlənin üzərinə ələnmiş un, vanil və qabartma tozu əlavə edilir, yaxşı qarışdırılır.

 

Diametri 23 sm olan soba qabını yağlayıb unlayırıq və xəmirin yarısını qaba tökürük. 

İndi alma soyulur, təmizlənir və xırda doğranır.

Sonra xəmirin üzərinə alma dilimlərini düzürük və yuyulmuş üzüm qurusunu əlavə edirik.
Daha sonra 180 dərəcə isidilmiş sobada - 20 dəqiqə bişməyə qoyuruq.
Xəmir bişənə qədər, üzəri ücün ovuntu hazırlanır. 
 Kərə yağının üzərinə un və şəkər tozu əlavə edin və əlinizlə ovun ki, umac kimi olsun.
Vaxt tamam olanda sobadan piroqu çıxardın və üzərinə ovuntulu umacı əlavə edin.
  Yenidən 20 dəqiqəlik soboya yerləşdirin.

Hazır piroqu sobadan çıxardıqdan sonra 20 dəqiqə soyumasını gözləmək lazımdır.

 Daha sonra servis etmək olar. 

Buyurun, almalı piroqumuz hazırdır! 

Nuş olsun!
 (Tərcümə edilib) 
6 mart 2017
GO BACK