Tərkibi:
Xəmir üçün;
125 ml süd
20 qram maya
20 qram "Best Cow" kərə yağı
2 xörək qaşığı şəkər
250 qram un
1 çay qaşığı limon qabığı
1 ədəd yumurta
İç üçün;
600 qram konservləşdirilmiş və ya dondurulmuş tumsuz albalı
600 qarm xama (30% yağlı)
4 ədəd yumurta
50 qram şəkər
1 xörək qaşığı nişasta ( kraxmal)
1 paket vanil
1 çay qaşığı limon qabığı
Hazırlanması:
Südü qızdırıb maya və şəkərlə qarışdırın. Həll olduqdan sonra bir az un səpib 15-20 dəqiqəliyinə isti yerə qoyun. Sonra qalan unu qatın və 40-60 dəqiqə isti yerə qoyun. Sonra üzərinə nişasta səpin.
Xəmiri yayıb yağlanmış listə qoyun. Üzərinə albalınını düzün. Sobada 175 dərəcədə qızardın.
Xama ilə yumurtanı yaxşıca çalın, köpsün. Sonra şəkər, nişasta, vanil və limon qabığını qatıb qarışdırın. Hazırlanmış kremi səliqəli albalının üzərinə yayın. Sobada 40-50 dəqiqə bişirin.
Piroqu sobadan çıxarıb soyudun. Üzərini şəkər pudrası və gilə meyvə ilə bəzəyə bilərsiniz.