Qadin.NET / Keks

Keks

Keks

Tərkibi:

150 qram "Best Cow" kərə yağı

400 qram şəkər

2 ədəd yumurta

200 qram üyüdülmüş badam və ya qoz

100 qram un (təxmini)

1 ədəd yumurta sarısı

2 ədəd alma 

Keks

Hazırlanması:

Yumurta ilə şəkəri qarışdırın. Sonra un əlavə edin. 1 ədəd yumurta sarısı, badam və ya qoz əlavə edib qarışdırın. Sobanı 200 dərəcə qızardın.

Almaları təmizləyib dilim şəklində doğrayın. Listi yağlayıb suxari səpin. Sonra xəmiri ora əlavə edin. Üzərinə alma dilimlərini düzün. İsidilmiş sobada 1 saata bişirin.  Üzəri qalxanda çöp batırın, əgər çöp təmiz çıxsa deməli bişib. 

Biskiviti sobadan çıxarın və soyudun. Sonra listdən çıxarın. Üzərinə şəkər pudrası və ya badam (qoz) qırıntıları səpin.

26 fevral 2017
GO BACK