Qadin.NET / Mini alman piroqu

Mini alman piroqu

Mini alman piroqu

Tərkibi

2 ədəd yumurta

1 çay stəkanı toz şəkər

1 stəkan süd 

1 stəkan duru yağ

1 stəkan su

10 qram maya

5 su stəkanı un

1 paket vanilya

Krem tərkibi

4 stəkan süd

5 yemək qaşığı un

1 su stəkanı şəkər

1 paket vanilya 

1 paket krem şanti

2 ədəd banan

Üzərinə

 pudra şəkəri

Hazırlanması 

Xəmir üçün quru vasitələri bir qabın içinə qoyub qarışdırın. Ortasına bir çuxur açıb süd, isti su və duru yağ əlavə edin. Yumurtaları qırdıqdan sonra xəmiri yoğurun. Üzərini bağlayıb yarım saat mayalandırın. 

Mayalandıqdan sonra istədiyiniz böyüklükdə kündə halına gətirin. Bu kündələri yağlı kağız sərili listə düzün. 15 dəqiqə gözlədib, 180 dərəcə qızdırdığınız sobada bişirin. Sobadan çıxarıb soyuması üçün gözlədin.

 Krema üçün vanilya və krem şanti xaric bütün vasitələri qazana əlavə edin. Davamlı olaraq qarışdıraraq bişirin. Ocaqdan aldıqdan sonra ara - ara qarışdırmağa davam edin. Vanilya və krem şantini soyuduqdan sonra əlavə edib mikserlə qarışdırın.

Çörəkləri ortadan kəsib araların krem sürtün. Dilim - dilim kəsdiyiniz bananları düzün. Ən sonda üzərinə pudra şəkəri əlavə edin.

8 fevral 2017
GO BACK