Qadin.NET / Naringili piroq (foto resept)

Naringili piroq (foto resept)

Tərkibi:

Un - 125 q.

Şəkər tozu - 100 q.

Yumurta - 2 ədəd

"Best Cow" kərə yağı - 125 q.

Qabartma tozu - 1 ç. q. 

Limon şirəsi - 3 - 4 x. q.

Naringi - 150 q.

Şəkər kirşani - 70 q.

Vanil - 10 q.

Hazırlanması:

Yumurta, vanil və şəkər tozunu mikserlə yaxşıca çalın.

İndi çalinmiş yumurtanın üzərinə ələnmiş un və qabartma tozu əlavə edilir, yaxşı qarlşdırılır.

Sonra əridilmiş kərə yağı əlavə edib qarışdırın.

P. S. Xəmirin tərkibini istəsəniz iki dəfə artıra bilərsiniz.

 

Diametri 23 sm olan soba qabını yağlayıb unlayırıq və xəmiri qaba tökürük. 

Sonra xəmirin üzərinə təmizlənmiş naringi dilimlərini düzürük.
180 dərəcə isidilmiş sobada 30 - 40 dəqiqə bişməyə qoyuruq.

Indi bir qabda şəkər kirşanının üzərinə limon şirəsi əlavə edərək maye halına gələnə qədər qarışdırmaq lazımdır.

Sonra hazir piroqun üzərinə elə isti - isti şəkildəki kimi əlavə edin.

Buyurun, naringili piroq hazırdır! 
Nuş olsun!
 (Tərcümə edilib) 
11 fevral 2017
GO BACK