Tərkibi:
- 4 ədəd yumurta
- 1 stəkan ərinmiş yağ
- 1 stəkan süd
- 4 stəkan şəkər tozu
- 1 xörək qaşığı yarısında kakao
- Qabartma tozu
- Vanil
- 4 stəkan un
Hazırlanması:
Yumurta və şəkər tozunu mikserlə yaxşıca çalın. Sonra süd və kakaonu əlavə edib qarışdırın. Bu qarışımdan 1 stəkan ayırıb kənara qoyun. Qalan qarışıma un, vanil, qabartma tozu əlavə edib yaxşıca qarışdırın. Bu zaman sobanı 180 dərəcədə isinməyə qoyun. Qarışımı hazırladıqdan sonra isinmiş sobaya qoyun və 50 dəqiqə bişirin. Bişdikdən sonra keksin üzərinə ayırdığınız qarışımı və 1 yarım stəkan süd əlavə edin. Soyuduqdan sonra üzərinə dondurma qoyub süfrəyə təqdim edə bilərsiz.
Nuş olsun!