Qadin.NET / Albalı piroqu

Albalı piroqu

20 porsiya

Albalı piroqu

Tərkibi:

Xəmir üçün;

350 qram un

1 çay qaşığı qabartma tozu

75 qram şəkər

170 qram "Best Cow" kərə yağı

1 ədəd yumurta

50 ml süd

İç üçün;

1 banka albalı kompotu (720 ml)

3 ədəd iri alma

1 limonun suyu

40 qram nişasta

500 qram albalı suyu

50 qram şəkər

1 ədəd darçın çöpü

üstü üçün;

170 qram kərə yağı

150 qram un

100 qram üyüdülmüş badam

50 qram xırdalanmış badam

170 qram şəkər

Albalı piroqu

Hazırlanması:

Un, şəkər, qabartma tozu, yumurta, süd, kərə yağıyla xəmiri yuğurun. Kündələr edib sarafana qoyub 30 dəqiqəliyinə  soyuducuya qoyun.

Albalını süzün, ayrıca sirob yığın,almanı nazik dilimləyin. Limonun suyu ilə qarışdırın. Nişastadan 4 xörək qaşığı albalı soku ilə qarışdırın. Qalmış soku şəkər və darçınla birlikdə qaynadın. Qarışdıraraq albalı və almanı əlavə edin. Qaynadıqdan sonra qırağa qoyun və badam əlavə edin.

Sobanı 180 dərəcədə isidin. 170 qram kərə yağını əridin. Un ilə üyüdülmüş badamı qarışdırın. Sonra şəkər ilə yağı üzərinə əlavə edib bıçağın ucu ilə ovuntu halına gətirin. Soyuducudakı xəmiri çıxarın. Un səpərək yayın. 1,5 sm qalınlıöında yayıb listə qoyun. Üzərinə meyvəli qatışığı əlavə edin. Sonra ovulmuş xəmiri səpin. 40 dəqiqə sobada bişirin.

1 fevral 2017
GO BACK