Qadin.NET / Almalı piroq

Almalı piroq

Almalı piroq

16 porsiya

Tərkibi:

400 qram un

300 qram şəkər

4 ədəd yumurta

200 qram kərə yağı

1 çay qaşığı üyüdülmüş darçın

3 ədəd turşməzə alma

3 xörək qaşığı limon suyu

500 qram yağlı kəsmik

2 ədəd yumurta sarısı

100 qram mannı

2 xörək qaşığı un

Almalı piroq

Hazırlanması:

Unun üzərinə 150 qram şəkər, 1ədəd yumurta, kubik şəklində doğranmış yağ əlavə edilir və bıçaqla döymə xəmir hazırlanır. Sonra xəmir iki hissəyə ayrılır. Birinə darçın qatılır. Hər ikisi ayrılıqda plastik torbaya qoyulur və 30 dəqiqə soyuducuda saxlanılır.

Darçın olmayan xəmir yağlanmış listə yayılır. Bir neçə yerdən çəngəllə deşilir.Sobada 180 dərəcədə qızdırılır.

Almanı nazik dilimlər şəklində doğrayıb limon suyuna atırıq. Yumurtanın ağ və sarısı ayrılılır. Kəsmik qalmış şəkər və 5 yumurta sarısı ilə qarışdırılır. Sonra üzərinə mannıda əlavə edilir. Yumurtanın ağı mikserlə şaldıqdan sonra asta-asta kəsmikli qarışıq əlavə edilir.

Xəmirin üzərinə alma düzülür. Sonra kəsmikli qarışıq əlavə edilir. Darçınlı xəmir yayılır və iki qaşıq unda ovulur. Kəsmikli qarışığın üzərinə səpilir. 60 dəqiqə bişirilir.

 

22 yanvar 2017
GO BACK